16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
Dr. Nərgiz İmanova-qadınlarda düz bağırsağın uşaqlıq yoluna doğru qabarması-Rektosele, qadınlarda sidik kisəsinin sallanması-Sistosele haqqında müsahibə verdi

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin cərrah-proktoloqu, Tibb üzrə fəlsəfə doktoru Dr.Nərgiz İmanovanın  QanunXəbər.com İnformasiya Agentliyinə müsahibəsində səslənən fikirləri oxucuların diqqətinə çatdırırıq. Həkimlə qadınlarda düz bağırsağın uşaqlıq yoluna doğru qabarması-Rektosele, qadınlarda sidik kisəsinin sallanması-Sistosele haqqında danışacayıq. Dr.İmanova ilə müsahibəni təqdim edirik: 

Nərgiz xanım ilk öncə Rektosele haqqında oxucu kütləsini məlumatlandırardız?

Rektosele, rektum adı verilən yoğun bağırsağın son hissəsinin uşaqlıq yolu (vagina) içərisinə doğru şişməsidir. Rektum divarı nazikləşə bilər və uşaqlıq yoluna doğru şiş əmələ gələrək qrıja yarana bilər və bağırsaq hərəkətləri zamanı aşağıya doğru sallana bilər.  Rektosele xəstəliyinin çoxu düz bağırsağın ön divarı ilə uşaqlıq yolunun arxa divarı arasında yer alır. Bu sahəyə rektovaginal divar deyilir, rektosele xəstəliyi olanlarda bu divarda bir zəifləmə görülür. Doğuş zamanı yaralanma, doğuşda forseps istifadəsi, perina yırtıqları və doğuşda epizyotomiya aparılması ilə rektosele yarana bilər. Qəbizlik, gücənmə və uşaqlığın çıxarılması əməliyyatı (histerektomiya) rektosele xəstəliyinə yol aça bilər.

                      rektosel

Rektoselenin əlamətləri hansılardır?

Rektosele xəstəliyi olanlar uşaqlıq yolu (vagina) və düz bağırsağa (rektum) aid əlamətləri ola bilər.
Uşaqlıq yolu əlamətləri: Uşaqlıq yolunda dolğunluq hissi, cinsi təmas zamanı şiddətli ağrı hiss etmək və vaginal qanaxma kimi şikayətlər ortaya çıxır.
Rektal əlamətlər isə: Həddindən artıq gücənmə və defekasiya aktı çətinliyi və uşaqlıq yolundan barmaqla itələmək yolu ilə defekasiya aktının həyata keçirilməsidir.Xəstələrdə adətən çanaq sümüyü içərisində təzyiq hissi və narahatlıq yaranır.

Bu xəstəliyə diaqnoz necə təyin edilir?
Rektosele üçün diaqnoz, düz bağırsaq və uşaqlıq yolunun müayinə edilməsindən sonra qoyulur və buna baxmayaraq, böyüklüyü yada əhəmiyyəti kifayət qədər anlaşılamaya bilər. Defekografiya adlı dərman tərkibli rentgen aparılması rektosele xəstəliyinin diaqnozunu təyin etməkdə yararlıdır.

Müalicəsi necə həyata keçirilir?
Rektosele müalicəsində əməliyyatdan kənar üsullar ilə nəticə əldə edilməzsə, cərrahi əməliyyat tətbiq olunmalıdır. Rektosele əməliyyatında bir çox üsul vardır, əsas uşaqlıq yolu və ya makatdandır. İnkişaf etmiş rektosele xəstəliyində isə vaginal və makat yolunun birlikdə istifadə edilməsinə üstünlük verilir.

Nərgiz xanım, qadınlarda sidik kisəsinin sallanması SİSTOSELE xəstəliyi haqqında nə deyə bilərsiniz?

Sistosel qadınlarda sidik kisəsinin sallanmasıdır. Daha doğrusu, sidik kisəsinin əzələ-bağ kompleksinin zəifləməsi nəticəsində anatomik yerdəyisməsidir. Bu adətən uşaqlıq sallanmasının sidik kisəsinə təzyiq etməsi nəticəsində meydana gəlir. Sistoselə doğan qadınların əksəriyyətində və orta yaşdan yuxarı rast gəlinir. Bu zaman sidik kisəsi uşaqlıq yoluna sıxılır.
Sistoselin əmələ gətirdiyi patoloji problemlər xəstəliyin müalicəsini qaçılmaz edir.
Sistoselə əksər hallarda klimakteriya dövründə rast gəlirlər. Bu zaman onlarda hormonlal funksiyanın zəifləməsi, əzələlərin bu səbəbdən elastikliyinin itirilməsi xəstəliyin əlamətlərinin üzə çıxarır. Sistoselə ən çox ağır doğuş keçirmiş qadınlarda, doğuş zamanı uşaqlıq yolu travmaları alan pasiyentlərdə rast gəlinir.

                                               Цистоцеле: причины возникновения, характерные признаки, диагностика и  тактика лечения            

Sidik kisəsinin sallanması hansı hallarda baş verir?

- ağır fiziki əşya qaldırdıqda
- kiçik çanaq orqanlarının anadangəlmə əzələ patologiyalarında
- uşaqlıq sallanması olduqda
- qəfil və qısa müddətdə arıqladıqda
- tez-tez baş verən qəbizliklər zamanı
- çoxlu doğuşlar olduqda
- tənəffüs yollarının xəstəlikləri zamanı uzun müddət güclü öskürdükdə


Xəstəliyin əlamətləri hansılardır?
Xəstəliyin əsas əlamətlərindən biri sidik kisəsinin normal miqdarda sidiyi yığıb saxlaya bilməməsidir. Patologiya sidik saxlaya bilməməklə yalançı sidiyə çağırışla, sidiyə tam çıxa bilməməklə, bəzən isə şişkinliklərin olması ilə xarakterizə edilir. Bu xüsusiyyətlər xəstələrdə stress vəziyyətinin başlamasına səbəb olur. Xəstəlik vaxtında və düzgan müalicə olunmadıqda kisədə yığılıb qalan sidik infeksiyalaşıb xəstənin vəziyyətini ağırlaşdıra bilir. 
Bəzən uşaqlıq yolunda kiçik iltihabi kütlə əmələ gəlir və getdikcə böyüyür. Bu zaman qadınlar uşaqlıq yolunda yad cismin olması hissini keçirirlər. Bu zaman baş verən sistosel xəstələrdə gəzinti zamanı diskomfort hissi və cinsi əlaqə zamanı ağrının olması ilə müşayiət edilir.
Xəstəlik kritik nöqtəyə gəldikdə sidik kisəsinin sallanması uşaqlıq yolunun sallanmasına səbəb olur.

Həkim, müsahibə üçün çox sağ olun.

Buyurun, həmişə sağlam qalın

















 

Tarix: 22-02-2021, 23:24


Bölməyə aid digər xəbərlər
18-09-2020, 00:23 Peşəkar Səhiyyə İşçisi
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı