Avtoxuliqanlıq etmək baha başa gəldi: Sürücülük vəsiqəsi əlindən alındı, cərimələndi

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək, ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da, vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, rayon sakini Zaur Hüseynquliyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, avtoxuliqanlıq etdiyi məlum olub.
Z.Hüseynquliyev barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində cərimə edilərək, bir il müddətinə sürücülük hüququndan məhrum olunub.


Tarix: 10-07-2020, 13:08


Bölməyə aid digər xəbərlər