13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Goranboyda mağazadan oğurluq edənlər tutuldu

Goranboy rayon sakini Qabil Abbasov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək bildirib ki, ona məxsus, avtomobil ehtiyat hissələri satılan mağazaya iyul ayının 24-dən 25-nə keçən gecə naməlum şəxs və ya şəxslər gizli yolla daxil olaraq, oradan 6000 manat pulu oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı rayon sakini Amil Qiyaslı, 21yaşlı Gəncə şəhər sakini Telman İbrahimov və 22 yaşlı Göygöl rayon sakini Boran Məmmədov şübhəli qismində saxlanılıblar.
İlkin dindirmə zamanı onlar törətdikləri əməli etiraf edib və əldə etdikləri pulun bir qismini xərclədiklərini bildiriblər.
Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın


Tarix: 28-07-2020, 15:30


Bölməyə aid digər xəbərlər