Avro 1.16 dollara, funt sterlinq isə 1.27 dollaradək ucuzlaşa bilər

Breksit danışıqlarında İngiltərə ilə AB arasında uzlaşmanın əldə olunmaması və Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin müsbət açıqlanması, EUR/USD və GBP/USD məzənnələrini təzyiq altında saxlayır. Təhlillərə əsasən avro 1.18$-ın altında qalarsa, 1.16, funt sterlinq isə 1.29$-ın altında qalarsa, 1.27$-a kimi ucuzlaşa bilər. 
Əlvan metallar bazarlarında da qızılın qiymətində bahalaşma dinamikası zəifləyib. Foreks bazarlarında dollar yenidən bahalaşarsa, qızılın bir unsiya üzrə qiyməti də yenidən 1864 və 1848$-a kimi dəyər itirə bilər. 
Bununla yanaşı, əmtəə birjalarında neftin qiymətində də sürətli ucuzlaşma başlayıb. Brent neftinin bir barel qiyməti əlavə olaraq 41$-ı yenidən qırmaqla altında qalarsa, ucuzlaşma 40$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.


Tarix: 1-10-2020, 08:41


Bölməyə aid digər xəbərlər
14-09-2020, 11:09 Neftin qiyməti bahalaşır
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı