16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
Müsahibim 9 nömrəli Qadın Məsləhətxanasının həkim-ginekoloqu Dr. Nigar Əliyevadır


Müsahibim 9 nömrəli Qadın Məsləhətxanasının həkim-ginekoloqu Dr. Nigar Əliyevadır.“
Həkimlə Yumurtalıqların polikistoz sindromu, polikistozunun əlamətləri və müalicəsi haqqında danışacayıq. Həmin müsahibəni  oxucularımızın  diqqətinə çatdırır. 

Həkim, zəhmət olmasa Yumurtalıqların polikistoz sindromu haqqında oxucularımızı məlumatlandırmağınızı sizdən xahiş edirik?

-Yumurtalıqların polikistoz sindromu poliendokrinoloji sindrom olub yumurtalıqların funksiyasının pozulması ilə özünü biruzə verir. Hormonların ifrazının pozulması nəticəsində ovulyasiya prosesi pozulur, follikullar tam yetişmir, içərisinə maye dolur və kiçik kistalara çevrilir. Bu yaranmış kiçik çoxsaylı kistalar yumurtalığın səthində və daxilində yerləşərək yumurtalıqların ölçüsünü böyüdürlər. Polikistoz yumurtalıq sindromu qadınlarda ən çox görülən hormonal pozğunluqlar arasında ən üst yerdədir. Bu xəstəliyi həmçinin Şteyna-Leventel sindromu, hiperandrogenemiya və s. də adlandırırlar.
Polikistoz xəstəliyi əksər hallarda cinsi yetkinlik dövründə başlayır. Tibbdə bu xəstəliyin hansı səbəbdən inkişaf etməsi barədə hələ ki, dəqiq fikirlər yoxdur. Yalnız o məlumdur ki, hansısa səbəbdən orqanizmdə estrogen hormonlarla (qadın cinsi hormonları) androgen (kişi cinsi hormonları) hormonlar arasında nisbət tarazlığı pozulur (kişi cinsi hormonların hazırlanması artır, qadın cinsi hormonların hazırlanması isə əksinə olaraq azalır) ki, bu da polikistozun yaranmasına səbəb olur.

Yumurtalığın polikistozu ilə yumurtalığın kistası arasında fərq varmı?

Yumurtalığın polikistozu hormonal dəyişikliklərlə əlaqədar bir xəstəlikdir və yumurtalığın kistası ilə əslində heç bir əlaqəsi yoxdur. Terminin kökündəki kista sözü əslində həqiqi kista deyil. Xəstəliyin bir təzahürü olan ovulyasiyanın baş verməməsi ilə əlaqədar follikulların yumurtalıq səthində toplanmasını əks etdirir. Belə ki, ayda bir dəfə yetişib partlamalı olan follikullar bu xəstəlikdə axıra qədər yetişmir və ultrasəs müayinəsində yumurtalıq səthində toplanmış çoxsaylı kistalar şəklində görünür ki, sindromun adı da burdan götürülmüşdür.

Xəstəliyin diaqnostikasında hansı testlərdən, köməkçi vasitələrdən istifadə edirsiniz? 
 Diaqnostikada əsaslandığımız kriteriyalar: follikul yetişməsi və ovulyasiyanın pozulması, kişi cinsi hormonlarının yüksək olmasının laborator və ya klinik əlamətləri (məsələn, tüklənmə), ultrasəs müayinəsində yumurtalıqların polikistik görüntüsü, bu əlamətlərə səbəb ola biləcək digər xəstəliklərin istisnası. Sadaladığım kriteriyalara nəzər salanda, hansı köməkçi diaqnostik metodlardan istifadə etdiyimiz də məlum olur. Əlbəttə ki, ginekoloji müayinənin bir parçası olan ultrasəs, bundan başqa, laborator hormon analizləri son diaqnozu qoymaqda bizə kömək edir.

Yumurtalığın polikistozunun əlamətləri hansılardır?

Yumurtalığın polikistozu müxtəlif qadınlarda qeyri-daimi ola bilər və mütləq deyil ki, yumurtalığın polikistozu olan qadınlarda xəstəliyin aşağıda sadalanan bütün əlamətlər mövcud olmuş olsun:

  • Qeyri-mütamadi aybaşılar – adətən, ginekoloqa müraciət etməyin səbəbi olan polikistozun tez-tez rast gəlinən əlamətləridir. Menstruasiyalar (aybaşılar) gecikmə ilə ola, bir neçə ay olmaya bilər və ya əksinə ay ərzində 2-3 dəfə baş verə bilər.
  • Qeyri-adi menstruasiyalar (aybaşılar): olduqca azdırlar və ya əksinə çox bol olurlar. Eləcə də menstuasiyanın (aybaşının) müddəti qeyri-daimidir: 2 gündən bir həftəyə qədər və ya çox.
  • Artıq çəki və piylənmə
  • Üzdə və bədəndə artıq tüklənmə
  • Yağlı üz dərisi və səpgilər 
Yumurtalığın polikistozu əlamətləri nə zaman əmələ gəlir?

Polikistozun ilk əlamətləri hələ yeniyetmə yaşlarında, ilk menstruasiyanın baş verməsindən sonra əmələ gələ bilər.Bəzi hallarda qadınlar yumurtalıqların polikistozu olması barədə heç xəbər tutmurlar, o vaxta qədər ki, uşaq dünyaya gətirmək qərarı qəbul edirlər. Bu halda polikistozun ilk əlaməti sonsuzluq ola bilər.

Nigar xanım,polikistozon müalicəsi haqqında oxucularımıza məlumat verərdinizmi?

Müayinə olunduqdan sonra (USM, qanın hormonlara görə müayinəsi, sidikdə androgenlərin təyini) polikistoz diaqnozu təsdiq olunarsa, hormonal dərman preparatları ilə müalicə kursu təyin edilir. Təəssüflə qeyd etmək lazımdır ki, hazırki dövrdə qadınları polikistoz xəstəliyindən tamamilə xilas edə biləcək müalicə üsulları məlum deyil. Bu zaman qarşıya qoyulan əsas məqsəd qadını narahat edən əlamətlərin (aybaşı tsiklinin pozulması, tüklənmə və s.) aradan götürülməsidir. Polikistoz xəstəliyi zamanı xüsusi hormonal dərman preparatları da təyin edilir. Onlardan istifadə edilməsi nəticəsində aybaşı tsiklinin bərpa olunması, kişi cinsi hormonlarının səviyyəsinin azaldılması, qadının artmış olan tüklənmədən, dəridəki səpgilərdən və s. bu kimi əlamətlərdən də xilas olunması əldə olunur. Bu preparatları qadın mütləq olaraq menopauza dövrünə qədər qəbul etməlidir. Əks halda aybaşı tsikli yenə də pozulacaq.
Polikistozu olan qadın uşaq olmasını arzu etmiş olarsa, bu halda həkimlər ona ovulyasiyanı stimullaşdıran xüsusi hormonal müalicə kursu təyin edirlər.
Əvvəllər belə hesab edirdilər ki, qız uşaqlarında polikistozun müalicəsi yalnız onlar ərə getdikdən sonra aparıla bilər. Hal-hazırda bu fikir səhv hesab edilir! Belə ki, orqanizmin hormonal fonu, praktiki olaraq, onun bütün həyat əhəmiyyətli funksiyalarının yerinə yetirilməsinə cavabdehlik daşıyır. Məhz buna görə, polikistozun, həmçinin hormonal sahənin bütün digər xəstəliklərinin müalicəsi mümkün qədər tez başlanmalıdır. Digər bir tərəfdən, uşaq olmasını istəməyən qadınlarda polikistozun müalicəsinin “vacib olmadığı” fikri də səhv hesab edilir. Çünki xəstəliyin müalicənin aparılmadığı təqdirdə, onlarda hansı ağır fəsadların ola biləcəyindən qadınlar çox zaman xəbərsiz olurla

Polikistozun əməliyyat (laparoskopiya) vasitəsi ilə müalicəsi necə həyata keçirilir?
Əgər hormonal həblərlə müalicə heç bir fayda verməmişdirsə, onda sizə laparoskopiya təyin edilə bilər. Laparoskopiya qeyri-adi əməliyyatdır, belə ki, onun keçirilməsi zamanı cərrah dərini kəsmir, sadəcə dəridə dəliklər açaraq bütün manupilyasiyaları aparır. Əməliyyatdan sonra dəliklər tezliklə sağalır və laparoskopiya zamanı kəskinləşmə ehtimalı olduqca azdır. Laparoskopiyanı ümumi narkoz altında edirlər. Qadınlara əməliyyatın keçirilməsindən 8-12 saat sonra artıq ayağa qalxmağa icazə verirlər, xəstəxananı isə 1-2 gün sonra tərk edə bilərsiniz. 

Həkim, müsahibə üçün çox sağ olun.
Buyurun həmişə sağlam qalın.

Tarix: 13-01-2021, 22:40


Bölməyə aid digər xəbərlər