İslamofobiya sürətlə yayılan xroniki xəstəliyə bənzəyir. Bu problem cəmiyyətdə müxtəlif səviyyələrdə təzahür edir. Düşünürəm ki, islamofobiyanı epidemiya kimi təsvir etmək daha doğru olar.
Bu sözləri İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmut Erol Kılıç martın 8-də Bakıda işə başlayan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil edilmiş “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” adlı aralıq sessiyasında deyib.
Mahmut Erol Kılıç islamofobiyanı şəxsi zəmində yaranan qərəz olduğunu qeyd edərək bildirib: “Bəzi ölkələr islamofobiyanı öz siyasətlərinin bir parçasına çevirib. Bu isə dünyanı sülhdən uzaqlaşdırır. Əgər sülhün bərqərar olduğu bir dünyanı gələcək nəsillərə ötürmək istəyiriksə, islamofobiyaya qarşı birgə mübarizə aparmalıyıq. Yanlış məlumatlar cəmiyyətdə islamofob fikirlər formalaşdıra bilər. İslamafobiyanın real təsirləri isə gələcək nəsillər üçün daha faciəvi olacaq”.
Bölməyə aid digər xəbərlər