Rusiya İstintaq Komitəsinin rəhbəri ölüm hökmünün qaytarılması məsələsinə baxmağı təklif edib

Rusiya İstintaq Komitəsinin rəhbəri ölüm hökmünün qaytarılması məsələsinə baxmağı təklif edib

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ölüm cəzasına qoyulan moratoriumun götürülməsi imkanının nəzərdən keçirilməsini təklif edib.

Bu barədə İstintaq Komitəsinin sədri Sankt-Peterburqda keçirilən Beynəlxalq Gənclər Hüquq Forumunun plenar sessiyasında bildirib.

O, ölkədə ağır cinayətlərin sayının artdığını qeyd edib və bununla bağlı ölüm hökmünün qaytarılması barədə düşünməyi təklif edib: “Biz ölüm cəzasına qoyulan moratoriumun götürülməsi imkanlarını nəzərdən keçirməliyik. Bəzi hallarda bundan istifadə edilməlidir”.

Eyni zamanda A.Bastrıkin hesab edir ki, bunun üçün prezidentin fərmanı kifayətdir: “Bəzi ixtisaslı hüquqşünaslar mənə dedilər ki, Konstitusiyanın dəyişdirilməsinə ehtiyac var, referendum keçirilməlidir. Lakin hesab edirəm ki, ölüm cəzasına qoyulan moratorium sadəcə olaraq prezidentin fərmanı ilə götürmək lazımdır”.




Tarix: 28-06-2024, 19:26


Bölməyə aid digər xəbərlər