Düyü kəskin ucuzlaşacaq – BU TARİXDƏ

Düyü kəskin ucuzlaşacaq – BU TARİXDƏ
Dünyada düyü ucuzlaşmağa başlayıb. Artıq Asiya ölkələrində bu məhsul kəskin şəkildə ucuzlaşıb. Belə ki, Hindistan malların ixracına qoyulan məhdudiyyətləri yüngülləşdirib. Bu da qiymətlərə təsir edib.

Çərşənbə günü bazarlarda Asiya standartı olan 5 faizlik təmizlənmiş bir tay ağ düyününün qiyməti təxminən 11 faiz azalaraq bir ton üçün 509 dollar olub. Bu 2008-ci ilin mayından bəri düyü qiymətlərinin ən kəskin ucuzlaşmasıdır.
Xatırladaq ki, keçən il Hindistan seçkilər ərəfəsində yerli qiymətləri cilovlamaq üçün xaricə düyü satışına məhdudiyyətlər qoymuşdu.

Bu qərar nəticəsində regionda düyünün qiyməti xeyli artmışdı

Sentyabr ayında Yaponiyada düyünün qiyməti 28,3% bahalaşıb ki, bu da 1975-ci ilin sentyabrından bəri bu məhsulun ən sürətli qiymət artımıdır. Ölkədə düyü ehtiyatları yüksək tələbat fonunda tarixi minimuma düşüb.

Bəs dünya bazarlarında baş verən ucuzlaşma Azərbaycan bazarına necə təsir edəcək?

Məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, dünya birjalarında düyünün ucuzlaşması Azərbaycan bazarına da təsir edəcək:

“Dünya bazarında qiymətlərin qalxması ölkəmizdəki istehlak bazarına daha çox təsir edir. Amma qiymətlərin enməsi çox zaman təsirsiz olur. Ən yaxşı halda qiymətdə müəyyən sabitləşmə olur. Bu da onunla bağlıdır ki, ölkəmizdə inhisarçılıq var”.

Müsahibimiz onu da əlavə edib ki, Prezident İlham Əliyevin fərmanı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyindən nəzdindən çıxarılaraq, müstəqil qurum kimi fəaliyyətinə şərait yaradıldı:

“Bu da inam yaradır ki, Agentlik bazarda inhisarçılığa müəyyən mənada son qoyacaq. Bax, o zaman dünya bazarındakı qiymətlərin Azərbaycandakı qiymətlərlə eyni cür tənzimlənməsini görəcəyik. O cümlədən də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müdaxilə etsə, yaxın 2 ayda Azərbaycanda düyü kəskin ucuzlaşacaq. Nəzərə alaq ki, düyüyə olan ehtiyacımızın çox böyük hissəsi idxal hesabına ödənilir”.



Tarix: 5-10-2024, 13:17


Bölməyə aid digər xəbərlər