16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Avroparlament: çirkli pulların dövr etdiyi, terrorçuların mənafeləri qorunan qurum - TƏHLİL





Bölməyə aid digər xəbərlər

Avropada Fransadan, Cənubi Qafqazda isə Ermənistandan Azərbaycana hədyanlar yağdırılır. Hər ikisi duet oxuyurmuşlar kimi eyni məsələni müxtəlif səviyyələrdə gündəmə gətirirlər. Çox nadir hallarda Yelisey sarayı solo ifada özünü ermənilərin fədakar müdafiəçisi kimi aparır.
Avropa Parlamentində oktyabrın 22-də “Azərbaycandakı vəziyyət, insan haqlarının, beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər”ə dair müzakirələr olacaq. Mövzu səsə qoyulmadan artıq gündəliyə daxil edilib. Hətta bununla bağlı uyğun "qətnamə"nin qəbul olunacağı da gözlənilir. Necə deyərlər, dünyaya demokratik dəyərlərlə bağlı liderlik iddiasında olan Avropa İttifaqının parlamenti “öz göbəyini özü kəsir”.
Bütün bu kimi kampaniyalar Fransanın təşəbbüsü və təşkilatçılığı ilə aparılır. Yelisey sarayı Azərbaycana qarşı təzyiq etməyə əsas tapmayanda Ermənistanla bağlı uydurmalara əl atır. Odur ki, rəsmi Paris öz ampulasındadır. O, Azərbaycana qarşı müxtəlif məzmunlarda və kürsülərdə təzyiqlərini davam etdirir.
Müasir dövrdə belə öz vətəndaşlarına qul, kölə kimi münasibət göstərən Yelisey sarayı "öz gözündə tir görməyib” "başqa gözdə çöp axtarmaqla" məşguldur.

Avropa Parlamenti Fransanın təşəbbüslərinə “amin” deyərək ənənəvi anti-Azərbaycan isteriyasını davam etdirir. Bu ölkənin canfəşanlığı Avropada mövcud islamofob, irqçi, səlibçi və türkofob dairələrin aktivləşməsinə səbəb olub.
Tarixən Afrika, Asiya ölkələrində özlərinin törətdikləri insanlığa qarşı əməllərə görə hələ də həmin qitələrin yerli sakinlərindən üzr istəməyiblər.
Fransa və indi Avropa Parlamentində insan haqlarından boşboğazcasına ağız dolusu danışanların Vyetnam, Kamboca, Laos kimi ölkələrin xalqlarına zülmü uzaq keçmişdə edilməyib. Həmin işgəncələrin, qətliamların şahidləri bu gün də sağdır.
Fransa təhlükəsizlik qüvvələrinin sentyabrda Yeni Kaledoniyada dinc etiraz aksiyasına qarşı törətdiyi vəhşiliyi yada salmaq onların mahiyyətini bir daha təsdiqləyir.
Bu yaxınlarda ada sakinləri Parisdə Yeni Kaledoniya ərazisində 10 ildən çox yaşayan şəxslərə yerli seçkilərdə iştirak üçün seçki hüquqlarının verilməsini nəzərdə tutan konstitusiyaya olunmuş dəyişikliyə etiraz ediblər. Fransa təhlükəsizlik qüvvələri güc tətbiqi ilə dağıtdığı etiraz aksiyasının 12 iştirakçısını öldürüb.
Fransa və onun müttəfiqlərinin Afrikada törətdikləri terror, soyqırımı cinayətlərinin izləri, şahidləri qalır. Benin, Ruanda, Kot-de-İvuar, Əlcəzair, Mali, Çad, Anqola, Mozambik və başqa bu kimi ölkələr onların müstəmləkəçilik, quldarlıq siyasətinin qurbanlarıdır.

Yeni müstəmləkəçiliyinə qarşı mübarizə aparanlardan, XXI əsr panafrikanizmin əsas fiqurlarından biri, “Qara radikalizm”in ikonası, Fransa neokolonializminə qarşı cəbhənin qurucusu, yazıçı, jurnalist, siyasətçi Kemi Sebanın bu yaxınlarda qanunsuz həbsi Fransanın insan hüquqlarına öz maraqları baxımından yanaşmasından xəbər verir. Ancaq yeni müstəmləkəçiliyə qarşı olan mütərəqqi insanların, beynəlxalq ictimaiyyətin təzyiqi nəticəsində Paris onu sərbəst buraxmağa məcbur olub. Onun həbsi nsan hüquqlarına qarşı kobud bir pozuntu, həm də Afrika xalqlarının neokolonializmə qarşı mübarizəsinə və suverenlik hüququna yönəlmiş bir təzyiq idi.
Bir neçə gün həbsdə saxlanılan Kemi Seba artıq azadlığa buraxılıb. Bu, həm də Fransanın Afrika xalqlarının hüquqları uğrunda mübarizələri sındıra bilməməsinə nümunədir. Onu başqa ölkələrin maraqlarına qulluq etməkdə ittiham ediblər. Kemi Sebanın polis əməkdaşları tərəfindən deyil, Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılması rəsmi Parisin azadlıqsevər, antineokolonistlərdən qorxduğunu, ehtiyat etdiyini təsdiqləyir.
Yeri gəlmişkən, K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var. O, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.

Paris belə insanlardan qorxduğu üçün haqsızdır. Deməli, Fransanın Afrika, Asiya və Okeaniyadan üzüsulu getməsinin vaxtıdır.
Keçmiş müstəmləkə torpaqlarında yerli xalqlarla münasibətlərini tənzimləyə bilməyən Fransa Cənubi Qafqaza soxularaq regionu qarışdırmaq üçün Ermənistan ölkəsindən alət kimi istifadə etməyə çalışır.
Avropa Parlamentində sanki anti-Azərbaycan, türkofob, islamofob olmayanlar deputat seçilə bilmir, vəzifəyə təyin olunmurlar. Anti-Azərbaycan və şovinist mövqeyi ilə tanınan Natali Luazonun bu günlərdə Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində Sədrin birinci müavini təyin edilməsi də buna örnəkdir. Odur ki, Azərbaycana qarşı müzakirələr və qətnamə təşəbbüsü təəccüblü deyil. Bu, Avropa Parlamentində erməni lobbisinin təsiri altında olan qrupların mövcudluğunu təsdiqləyir. Heç şübhəsiz, onlar bu xidməti "qonorar"sız etmirlər. Avropa Parlamentinin keçmiş sədri Eva Kaylinin həbs edilməsi bu qurumun rüşvətxor və korrupsioner olduğunu təsdiqləyən ən biabırçı hadisədir.
Azərbaycanda törətdiyi cinayətlərə görə Bakıda həbsxanada saxlanılan, terrorçuluqda ittiham olunan Ruben Vardanyan Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. O, “Troyka” adlı bankla çoxsaylı maliyyə fırıldaqları etməklə də məşhurdur. Vardanyan həmin çirkli pulları xaricdə Azərbaycan və türklərə, Cənubi Qafqazda sülh və əməkdaşlığın yaranmasına mane olmaq üçün sərf edib. Onun çirkli pullarının bu gün də Avropa Parlamentində Azərbaycana qarşı “qətnamənin” qəbul edilməsinə xərcləndiyinə şübhə yoxdur. Çünki araşdırmalar nəticəsində məlum olub ki, Avropa Parlamentində Azərbaycan və Türkiyəyə qarşı korrupsiya ilə məşğul olan qrup da fəaliyyət göstərib.(Report)

Onlardan biri Natali Luazondur. O, bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransının iştirakçılarını terrorçuların azad edilməsi üçün rəsmi Bakıya təzyiq etməyə çağırıb. Avroparlamentdə Luazon kimilərin Azərbaycana qarşı çıxış etməsi, uydurmalara dayanan “qətnaməyə” səs verməsi gözləniləndir. Çünki onlar buna görə adını heç vaxt doğrulda bilməyən Avropa Parlamentinə seçdiriliblər.
Belə saxtakar deputatları bol olan Avropa Parlamenti qarşısında təmsilçi ölkənin heç bir öhdəliyi yoxdur. Odur ki, onların müzakirəyə çıxararaq qəbul etdikləri qətnamələr də Azərbaycan üçün heç bir hüquqi qüvvəyə malik deyil. O, bir qrup boşboğazın, Avropa Parlamentinə ötürülən erməni lobbisinin, terrorçuluqda ittiham olunan rubenlərin çirkli pullarının yuyulması hesabına qəbul olunan əhəmiyyətsiz kağız parçasıdır.
Bir məsələ də hələ aydın deyil. İndiyədək Ermənistanın azərbaycanlılara qarşı törətdiyi 35 illik cinayətlər Avroparlamentdə müzakirəyə çıxarılmayıb. Görünür, terrorçu rubenlərin qanunsuz yolla əldə edilmiş pulları ermənilərin Qərbi Azərbaycanda, Qarabağda və ətraf rayonlarda son 35-36 ildə törətdikləri cinayətlər də bu “parlament"də ört-basdır edilir.(Report)
Tarix: 19-10-2024, 15:57
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
5-04-2024, 20:53
Deputatlar bu gün nələri müzakirə etdi...
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
27-05-2024, 18:43
Makronun çökən imperiya siyasəti - Paris uğursuzluğun səbəbini Azərbaycanda görür - ŞƏRH
30-05-2024, 16:12
Avropa Parlamentində yeni korrupsiya qalmaqalı - Xilas üçün “Change” formulu - TƏHLİL
2-05-2024, 18:22
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH
23-09-2024, 19:00
Bu həmlələr güclənməklə yanaşı, motivi də dəyişib
12-04-2024, 18:41
ASALA, PKK himayəçisi Fransanın Moskva terrorundakı izi - TƏHLİL
13-05-2024, 18:10
Fransanın gecikən bəyanatı - Makron hökuməti geri çəkilir - ŞƏRH
13-05-2024, 13:20
Gürcüstandakı xaosda “FRANSIZ BARMAĞI” – Paris qonşu ölkəni qarşıdurmaya sürükləyir...
9-04-2024, 18:42
Qafqazdan Mərkəzi Asiyaya uzanan fransız casus şəbəkəsi - Parisin məkrli planı - ŞƏRH
10-06-2024, 07:56
İyunda bürcləri hansı sınaqlar gözləyir?
2-04-2024, 18:58
Fransanın Ermənistandakı nümayəndələri: Hədəf Türkiyədir?
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
29-07-2024, 16:41
Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası - ŞƏRH