16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Gürcüstandakı azərbaycanlıların seçimi - sülh, sabitlik, əməkdaşlıq, birlik - ŞƏRH




Bölməyə aid digər xəbərlər

Bazar günü, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri hakim “Gürcü Arzusu” Partiyasının qələbəsi ilə başa çatdı. 54,23 faiz səslə qalib olan hakim partiyanın bu zəfəri ölkə və bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir.
Qərbin təzyiqləri, hətta sanksiyalarına baxmayaraq, xalq seçimini etdi - sabitliyə, əmin-amanlığa səs verdi. İlk növbədə, seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü siyasətə, regionda ayırıcı xətlər yaratmaq siyasətinə böyük zərbədir. ABŞ və Avropa ümid edirdi ki, təzyiq və qorxutma ilə gürcü xalqının iradəsini qırmağa müvəffəq olacaq. Lakin, necə deyərlər, arzu və gözləntilər puç oldu. Nəticələr bəlli olduqdan sonra verilən açıqlamalar da bunu təsdiq edir.
Seçkidən bir gün sonra spiker Şalva Papuaşvili deyib ki, prezident Salome Zurabişvili və müxalifət parlament seçkilərinin nəticələrini qeyri-legitim elan edərək ölkədə çevrilişə hazırlaşır.
“Bu səhnə əvvəlcədən hazırlanmışdı: nəticələri qeyri-legitim elan etmək, texniki hökumət qurmaq... Bütün bunlar onların konstitusiya quruluşuna qarşı çıxmaqla istiqamət aldıqları çevriliş səhnəsidir”, - o bildirib. Spikerin sözlərinə görə, Gürcüstan belə hərəkətlərə yol verməyəcək.

Qeyd edək ki, daha əvvəl əsas müxalifət partiyaları prezidentin təklif etdiyi xartiyanı imzalayıb. Sənədə əsasən, onlar birlikdə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasından daha çox səs toplayacaqları təqdirdə texniki hökumət yaradacaqlar. Baş nazir İrakli Kobaxidze də bəyan edib ki, seçimi qoruyacaq, konstitusiya quruluşunun pozulmasına yol verməyəcək.
Sözsüz ki, qələbənin əldə olunmasında Gürcüstanda yaşayan soydaşlarımızın da əhəmiyyətli rolu oldu. 300 min azərbaycanlının yaşadığı Gürcüstanın bütün regionlarında səs faizi yüksək olub və əksəriyyət hakim partiyaya səs verib. Ən əsası, hər zaman olduğu kimi, bu dəfə də soydaşlarımız sabit, vahid Gürcüstan naminə səs verdilər.
Belə bir mövqenin formalaşmasında, şübhəsiz ki, iki ölkə iqtidarının əhəmiyyətli rolu olub. Ümummilli Lider Heydər Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan və Gürcüstan xalqlarının dostluğu dünyada nümunədir. Tarixən Azərbaycan-Gürcüstan münasibətləri regionda seçilib. Hər iki ölkənin xalqları bir-biri ilə əsasən mehriban qonşu və etibarlı dost kimi yaşayıb. Azərbaycanla Gürcüstan dövlət, cəmiyyət və xalq olaraq əməkdaşlığa, dostluğa və qarşılıqlı yardıma üstünlük veriblər. Bu davranış bütövlükdə Qafqazda digərlərinə bir nümunə olaraq qalmaqdadır.

Digər bir məsələ - bütün dövrlərdə regionda Azərbaycandan başqa heç bir ölkə Gürcüstana əsl dost ola bilməyib. Bu, ilk növbədə, Ermənistana aiddir. Ermənilər Azərbaycanla yanaşı, Gürcüstanın siyasi xəritəsində olan torpaqların bir qismini işğal etdilər, demoqrafik situasiyaya təsir göstərməklə Gürcüstana qarşı ərazi iddiasında oldular. Müstəqillik mərhələsində isə onların Cavaxetiyada hansı oyunlardan çıxdıqlarını gürcülərin özləri daha yaxşı bilir və xatırlayırlar.
Ötən əsrin 90-cı illərində xırda problemlər yaşansa da, Ümummilli Liderin yenidən hakimiyyətə gəlməsi ilə Gürcüstanla münasibətlər pik həddə yüksəldi. İki ölkə arasında müstəqillik dövründə diplomatik əlaqələrin 1992-ci il noyabrın 18-də yaradılmasına baxmayaraq, aktiv siyasi-diplomatik münasibətlər 1995-ci ildən başlanıb. Belə ki, həmin ilin fevral ayında Bakıda Gürcüstan səfirliyi və 1996-cı ilin mart ayında Tbilisidə (Heydər Əliyevin Gürcüstana ilk rəsmi səfəri zamanı) Azərbaycan səfirliyi açılıb. 2003-cü ildən sonra isə münasibətlər strateji səviyyəyə yüksəldi.
Gürcüstandakı soydaşlarımız da bu seçkilərlə həm də Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş siyasətini dəstəklədilər.
Önəmli olan odur ki, soydaşlarımız bu seçimləri ilə sülhlə müharibə, ənənəvi və amoral dəyərlər arasında prinsipial seçimlərini etdilər. Qərbin əsas məqsədi Gürcüstanı müharibəyə sürükləmək, Rusiyaya qarşı ikinci cəbhə açmaqdır. Çünki artıq Qərb Ermənistana çoxlu silah-sursat yığıb. Qərb Gürcüstanda da istəyinə nail olsa, gələcəkdə Rusiyaya qarşı ikinci cəbhə açacaq. Soydaşlarımız da bildirmişdilər ki, Qərbin niyyətini bilirlər, ona görə də Qərbin Gürcüstanda maraqlarını həyata keçirməsini istəmirlər.

İrakli Kobaxidze
Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var, eyni zamanda, öz əhatəsi və təsir imkanlarına görə seçki prosesində, Gürcüstanın siyasi arenasında vacib, hətta həlledici potensiala malikdir. Seçki prosesində həlledici rola malik azərbaycanlılar da ənənəvi dəyərlərə sadiq çıxan digər Gürcüstan vətəndaşları kimi Qərbin regionu parçalamaq və müharibə ocağına çevirmək siyasətinə qarşı çıxış etdilər.
Bu, Azərbaycan və Gürcüstanın Ermənistanın regiondakı siyasətinə qarşı ortaq mövqedən çıxış etdiyini göstərdi. Əgər seçkilərin nəticəsi başqa cür olsaydı, burada Qərbin adamı olan prezidentlə birlikdə regionu parçalamaq, bölgədə 2-ci cəbhə açmaq və Qərbin müstəmləkəsinə çevrilmək siyasəti olacaqdı.
Beləliklə, bu gün Gürcüstan və Azərbaycan birliyi var və tarix də göstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur, öz maraqlarını müdafiə edirlər və beynəlxalq səviyyədə də eyni mövqedən çıxış edirlər. Ümid edirik ki, Gürcüstan hakimiyyəti, hakim partiyası bundan sonra azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanacaq və onların həlli istiqamətində real addımlar atacaqlar.(Report)
Tarix: 28-10-2024, 15:21
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
25-04-2024, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
2-09-2024, 10:59
Ən yüksək və ən aşağı səs faizini onlar topladı - Siyahı
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
15-05-2024, 15:04
Gürcüstanda nə baş verir? - Payız həlledici ola bilər - ANALİZ
13-02-2024, 16:47
Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı yekun qərarı - TAM MƏTN
2-07-2024, 14:04
Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ
2-07-2024, 14:04
Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
8-07-2024, 18:34
Xaosun başlanğıcı - Yeni Kaledoniyanın müstəqillik tərəfdarı Fransa parlamentində - TƏHLİL
28-10-2024, 14:18
Gürcü spiker: Müxalifət dövlət çevrilişi ssenarisini izləyir
1-04-2024, 09:52
Əkrəm İmamoğlu və Mansur Yavaş liderdir - Yenilənir