“Məsud Pezeşkianın soyadını “yan” sonluğu ilə yazanlar bunu qəsdən edirlər!” - Çingiz Abdullayev

“Məsud Pezeşkianın soyadını “yan” sonluğu ilə yazanlar bunu qəsdən edirlər!” - Çingiz Abdullayev

Azərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, Xalq yazıçısı Çingiz Abdullayev İranda növbədənkənar prezident seçkilərinin 2-ci turuna keçən azərbaycanlı namizəd Məsud Pezeşkianla bağlı açıqlama verib.


Çingiz Abdullayevin sözlərinə görə, bəzi mətbuat orqanları və maraqlı qüvvələr Məsud Pezeşkianın soyadını bilərəkdən səhv yazırlar. Yazıçı həmin qüvvələri təxribatçı adlandırıb:


“Onun Azərbaycan soyadı belə yazılır - Pezeşkian. Bəziləri bilərəkdən onun soyadını “yan” sonluğu ilə yazır - Pezeşkiyan, lakin bu, qəsdən edilən təxribatdır. Onun atası azərbaycanlıdır. Məsud özü məşhur ürək cərrahıdır, iki dəfə İranın səhiyyə naziri, parlamentin vitse-spikeri vəzifələrində çalışıb, Təbriz Universitetinin prezidenti seçilib. Həyat yoldaşı və bir övladı avtomobil qəzasında dünyasını dəyişdikdən sonra bir daha evlənməyib və qalan üç övladını - iki oğlu və bir qızını tək böyüdüb. İran-Türkiyə Dostluq Cəmiyyətinin üzvü, Quran müəllimidir. Ümid etmək istəyirəm ki, o, İranda prezident seçkilərinin ikinci turunda qalib gələ biləcək”.


Xatırladaq ki, iyulun 5-də İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu keçiriləcək.


İkinci tura keçən Səid Celili (İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi) və Məsud Pezeşkian (parlamentin deputatı, keçmiş səhiyyə naziri) prezidentlik uğrunda mübarizə aparacaq.



Tarix: 2-07-2024, 10:43


Bölməyə aid digər xəbərlər