Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik

Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
G7 İsrailin təhlükəsizliyinə sadiqdir.

Bunu ABŞ Dövlət katibi Antoni Blinken G7 ölkələrinin XİN başçılarının İtaliyanın Kapri adasında keçirdiyi görüşdən sonra bildirib.

O qeyd edib ki, G7 İranın İsrailə qarşı misli görünməmiş hücumunu pisləyib:

"Bu, əhatə və miqyasda misli görünməmiş bir şey idi. Əhatəni ona görə deyirəm ki, İrandan İsrailə birbaşa hücum idi. Miqyası vurğulama səbəbim isə balistik raketlər də daxil olmaqla 300-dən çox döyüş sursatının istifadə edilməsidir. Biz İsrailin təhlükəsizliyinə, həmçinin gərginliyi azaltmağa, bu gərginliyi sona çatdırmağa çalışmağa sadiqik".

A.Blinken deyib ki, tezliklə G7-nin bəyanatında İranı sabitliyi pozan fəaliyyətlərinə görə hesabat vermə öhdəliyini olacaq:

"O, raket və pilotsuz uçan aparat imkanlarını aşağı salmaqla hesaba çəkilir",- A.Bliken vurğulayıb.

Qeyd edək ki, aprelin 13-də İran İsrailə kütləvi raket hücumu edib. İsrail və ABŞ hava hücumundan müdafiə qüvvələri atılan raketləri zərərsizləşdirsə də, İran rəsmiləri qarşılarına qoyduqları məqsədlərə nail olduqlarını bildiriblər.



Tarix: 19-04-2024, 16:21


Bölməyə aid digər xəbərlər