18:17 / 05-03-2025
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
17:37 / 05-03-2025
Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edəcək
16:53 / 05-03-2025
İmtahanla bağlı valideynlərə XƏBƏRDARLIQ
16:13 / 05-03-2025
"Qırmızı Xaç" Azərbaycanda fəaliyyətini dayandırır? - AÇIQLAMA
15:36 / 05-03-2025
IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılır
15:07 / 05-03-2025
Hökumət parlamentə hesabat verməyə HAZIRLAŞIR
14:33 / 05-03-2025
Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var
13:56 / 05-03-2025
İlham Əliyev Ankaraya işgüzar səfər edib
12:50 / 05-03-2025
DYP sürücülərə müraciət etdi
12:07 / 05-03-2025
Turizm Agentliyində QALMAQAL - Aparat rəhbəri İŞDƏN ÇIXARILDI
11:17 / 05-03-2025
Səfərbərliyin idarə rəisi və müavini rüşvətə görə HƏBS EDİLDİ
10:37 / 05-03-2025
Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb, polis əməkdaşları cəlb olunub - YENİLƏNİB
09:39 / 05-03-2025
Ali məktəb və kolleclərə sənəd qəbulu yekunlaşır - XƏBƏRDARLIQ
09:04 / 05-03-2025
İlham Əliyevlə Ərdoğanın layihəsi: Türkiyədən Naxçıvana qaz nəqli niyə VACİBDİR...
08:38 / 05-03-2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
18:43 / 04-03-2025
Ramazanın beşinci günü - İmsak və iftar VAXTLARI
18:24 / 04-03-2025
İlham Əliyev D-8-in Baş katibini qəbul etdi
18:07 / 04-03-2025
Lənkəranın icra başçısı məhkəmənin çağırışına gəlmir
17:45 / 04-03-2025
Makronun növbəti məğlubiyyəti - Zelenski Britaniyanı seçir - ŞƏRH
17:02 / 04-03-2025
Rəşad Nəbiyev Samuxda vətəndaş qəbulu keçirdi - Fotolar
16:39 / 04-03-2025
32 yaşlı kişini güllələyən ANAMA əməkdaşı imiş
16:22 / 04-03-2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
15:39 / 04-03-2025
Baş prokuror Beyləqanda vətəndaşları qəbul edib
15:11 / 04-03-2025
Azərbaycanda Avrasiya Dağ Turizmi Forumu keçirilir
14:24 / 04-03-2025
Azərbaycanlı alim həll etdiyi tənliyin aviasiyada və digər sahələrdə istifadə oluna biləcəyini açıqlayıb
12:53 / 04-03-2025
Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir
12:09 / 04-03-2025
"AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
10:52 / 04-03-2025
Məktəbdə psixoloq işləmək istəyənlərin nəzərinə! - İmtahan BAŞLAYIR
Regional reallıq – faydasız terror, PKK tarixin küncünə - ŞƏRH






Bölməyə aid digər xəbərlər

Terror layihələri deyəsən fayda vermir, səmərəli olmur. Bu üsulla heç bir belə qruplaşma indiyədək nəyəsə nail olmayıb. Sadəcə duru suyu bulandırıb, başqalarının əlində təzyiq alətinə çevriliblər.
İspaniyada ETA, İrlandiyada Şin Feyn, Fələstində HƏMAS, Livanda “Hizbullah”, ASALA, İŞİD, “Əl-Qaidə”, Kolumbiya İnqilabi Silahlı Qüvvələri-Xalq Ordusu (FARC-EP) və daha neçə-neçə tanınan, tanınmayan terror qruplaşmaları törətdikləri əməllərlə hədəflərinə çatmayıblar.
Bu həm də onların dövlətlə dövlətlik edə bilmək gücündə olmadıqlarını təsdiqləyir.

HƏMAS və “Hizbullah”ın İsrailə qarşı müharibə elan etməsindən təxminən 1 il 3 ay sonra hər iki silahlı qruplaşma məğlub olub. Hər iki dəstə İsrailə qarşı hədəflərini reallaşdıra bilmədi. Əksinə liderlərini və tərəfdarlarını itirdi və s.
Erməni terror dəstələri də Azərbaycan və Türkiyəyə qarşı keçirdikləri çoxsaylı terror hücumları ilə röyalarını çin edə bilmədilər. Əksinə, onların illər uzunun göstərdiyi fəaliyyət nəticəsində Ermənistan cəmiyyəti parçalanıb, ölkələrinin aqibətinə inanmayan ermənilər onu tərk edir.
Türkiyənin əleyhinə olan terror qruplaşmalardan biri də PKK-dır. Bu da yuxarıda adlarını sadaladığımız dəstələr kimi mifləşdirilib. Elə təəssürat yaradılıb ki, guya bu terror qruplaşması məğlubedilməzdir, kürd etnik qrupunun problemlərinin həll edəcək yeganə qüvvədir və s.
Ancaq onların uzun müddət fəaliyyəti, geyimləri, silah və sursatla təchiz, təmin olunması, hər silahlıya “maaş” verilməsi, törətdikləri terror əməliyyatına görə “mükafatlandırılması” onların başqa qüvvələr tərəfindən maliyyələşdirildiyini iddia etməyə əsas verir. Başqa sözlə PKK kürd etnik qrupunun “haqqını” əlində bayraq tutaraq Türkiyəyə qarşı tapşırıqları icra edib. Ancaq Türk Silahlı Qüvvələrinin bu alətə qarşı ardıcıl əməliyyatı onu özünü buraxmaqla bağlı addım atmağa vadar edib.

Bir müddət əvvəl Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı qruplaşmanın İmralı adasında həbsdə olan başçısı Abdullah Öcalana müraciət edərək demişdi ki, PKK-da elə böyük nüfuzu varsa, onun buraxılması ilə bağlı tərəfdarlarına çağırış eləsin.
Türkiyə Böyük Millət Məclisindəki Xalqların Demokratik Partiyasının (DEM Parti) deputatları - Pərvin Buldan, Sırrı Sürəyya və Əhməd Türkün başçılıq etdiyi yeddi nəfərlik heyət İmralıda həbsxanaya üçüncü dəfə gedərək, Abdullah Öcalanın PKK-nın buraxılması ilə bağlı çağırışını təşkil ediblər.
O bildirib ki, qruplaşma üzvləri silahları yerə qoymalı, PKK-nı buraxmaq üçün qurultay keçirməlidir: “PKK-nın ləğv edildiyini açıqlayın”.
Bununla da Dövlət Baxçalının 2024-cü il oktyabrın 22-də İmralıya çağırışı ilə başlamış proses başa çatıb.
41 ildir adı çəkilən terror qruplaşması Türkiyədə dinc sakinlərin qanını töküb.
1979-cu ildə Öcalan Suriyaya qaçarkən PKK-nın törətdiyi cinayət hadisələri nəticəsində 4 min 472 mülki şəxs, 3 min 874 əsgər, 1225 kənd mühafizəçisi və 247 polis həlak olub, 6 min 36 silahlı, 3 min 71 bombalı hücum, 388 silahlı quldurluq olub, yüzlərlə insan qaçırılıb. Bu rəqəm onların törətdiyi çoxsaylı cinayətlərin nəticələrinin az bir qismidir.
Öcalan Türkiyədən qaçdıqdan sonra müxtəlif dövlətlərə sığındı. Rəsmi Ankara 1998-ci ilin sentyabrında Suriyadan onun deportasiyasını istədi. Bu ölkəni ovaxtkı prezidenti Hafiz Əsəd onu deportasiya etməyə məcbur oldu. Öcalan oradan Yunanıstana, Rusiyaya, Almaniyaya və başqa ölkələrə sığınmağa səy göstərdi. Sonda Yunanıstandan Keniyaya aparıldı, orada onların səfirliyinə yerləşdirildi. Türkiyə xüsusi təyinatlıları onu oradan qolu, gözü bağlı halda ölkəyə gətirdilər. Terrorçu qruplaşmanın başçısı Türkiyə bayrağı altında bu dövləti sevdiyini və s. etiraflar etdi: “Ölkəmi sevirəm. Anam da türk idi. İmkan versələr ona xidmət edərəm. Bundan başqa mənə heç nə deməyin. Xidmət lazım olsa, edərəm”.
Türkiyə hakimiyyəti bu terrorun qarşısını almaq üçün əvvəllər də cəhdlər edib. 2009-cu ildə Norveçin paytaxtı Oslo şəhərində “çözüm sürəci”nə (“həll prosesi”) başlanılmışdı. 2013-cü ildə rəsmi olaraq atəşkəs elan edildi. Ancaq 2014-cü il oktyabrın 6-8-də Suriyanın Ayn-əl-Ərəb şəhərində törədilən cinayət, bunun ardınca, Türkiyəyə qarşı bölücü fəaliyyətinə görə həbsdə yatan “Xalqların demokratik Partiyası”nın sədri Səlahəddin Dəmirtaşın başçılığı ilə küçələrdə etiraz aksiyalarının keçirilməsi anlaşmanın pozulması ilə nəticələndi.

2015-ci il iyulun 24-də terrorçuların hücumu nəticəsində çoxlu sayda Türkiyə polisi və hərbçisi həlak olmuşdu. Onda Prezident Rəcəb Tayyib Ərdoğan bildirmişdi: “Təəssüf ki bunlar çözüm sürəcini anlamadılar, anlamaq belə istəmədilər”.
Onda terrorçular ölkənin cənub-qərb rayonlarında xəndəklər qazaraq bölgəni mərkəzin nəzarətindən çıxarmağa səy göstərmişdilər. Bu rəsmi Ankaranın bu qruplaşmaya qarşı əməliyyatlarını daha da sərtləşdirməsinə təkan vermişdi.
Bütün xəndəklər dolduruldu, PKK silahlıları ölkədən qaçmağa məcbur oldular. Türkiyə silahlı qüvvələri onları ölkə içində, İraq və Suriyanın şimalında təqib edib.
Anası türk Abdullah Öcalanın Türkiyəyə xidmət etmək zamanı gəldi. Cümhuriyyətə silah qaldırmış, onun əhalinə qarşı terrorlar törətmiş, yaxud belə cinayətləri təşkil etmiş, iştirakçısı olmuş başqa vətəndaşları da silahı və PKK-nı buraxıb, dövlətinə borcunu ödəməklə xidmət edəcək?
Hələ bir müddət əvvəl qruplaşmanın başçılarından biri Murat Karayılan Öcalanın çağırışına tabe olmayacaqlarını bildirmişdi: “Tutaq ki, Öcalan çağırış etdi. Bununla işlər bitəcək? Biz on minlərlə silahlı gücü olan bir hərəkatıq. Onların maaşını kəsib “evinə get” deyən kimi, o da bunu edəcək deyil. Videozənglə Öcalanın özü hərəkətə keçmədən heç nə olmayacaq”.

Ehtimal etmək olar ki, Karayılan bu açıqlaması ilə PKK başçısının sərbəst buraxılmasını istəyir. Yaxud o, törətdikləri cinayət əməllərinə görə, məsuliyyətdən qaçaraq qruplaşmanın bir hissəsini nəzarəti altında saxlamağı planlaşdırır.
Suriya əvvəllər onlara yuva, sığınacaq olub. Ancaq Bəşşar Əsədin süqutu ilə bu ölkədəki düşərgələri, sığınacaqları yerlər də sıradan çıxır. Suriyanın keçid Prezidenti Əhməd əş-Şaraa ölkəsindəki PKK/YPG-PYD qruplaşması üzvlərinin silahlarını təhvil verməyə çağırıb. Bununla da onların ölkədə həyata keçirmək istədikləri röyanın acı günlərinin başladığını elan etmiş olub.
PKK-nın silahları təhvil verməkdən başqa yolu yoxdur. Başqa sözlə Öcalan və tərəfdarlarının çağırışla Türkiyəyə minnət etməsi əsassızdır. Çünki bu hadisəyədək regionda bir qarışıqlıq hökm sürürdü. HƏMAS, “Hizbullah”, Bəşşar Əsəd, İŞİD və başqalarına regionun bu halda qalması faydalı sayılırdı. Ancaq indi onlar regional səhnədə yoxdurlar. Belə şəraitdə PKK və qollarının fəaliyyəti daha aydın görünür. O biri qrupların vəziyyətinə düşməmək, itkilərdən qaçmaq üçün PKK bu addımı atmağa məcbur olur. Təbii ki bu onun sülhsevər və humanist olduğundan xəbər vermir. Dövlət Baxçalının çağırışı onlara bu addımı atmağa bəhanə verdi.
Öcalanın çağırışını BMT rəhbərliyi, Böyük Britaniya, Almaniya Xarici İşlər nazirlikləri, İraqın şimalındakı yerli hökumət və digərləri müsbət qarşılayıb. Bu siyahının artacağı da gözlənilir.
Yeri gəlmişkən, Avropa İttifaqı, NATO, ABŞ, Avstraliya, Yaponiya, Kanada, Qazaxıstan, Türkiyə, Suriya, İraq və İran da daxil olmaqla müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən PKK terror təşkilatı olaraq tanınır.(Report)
Regiondakı hadisələr fonunda təslim olmaq PKK üçün yeganə çıxış yolu olaraq görülür. Başçıları Öcalanın çıxışından sonra qruplaşma təslim olmazsa Türkiyə antiterror əməliyyatını davam etdirəcək.
Məlumata görə, Türkiyə İraqın şimalından 50 kilometr aşağı enib. Hazırda Suriya və İraqda onun 365 hərbi hissəsi var. İraqın Süleymaniyyə şəhərində beş müxtəlif hərbi bazası fəaliyyət göstərir.
Türkiyə Suriyada yeni hakimiyyətin ordu quruculuğuna yardım edir. İstanbul ABŞ və Rusiya nümayəndə heyətinin Ukrayna məsələsi üzrə danışıqlarına ev sahibliyi edir. Türkiyə dünyanın təhlükəsiz energetika təchizatında qlobal aktora çevrilib. O, müxtəlif ölkələrdə antiterror əməliyyatlarının aparıcısı, iştirakçısıdır. Cümhuriyyətin bu istiqamətdə üstünlüklərini artırmaq da olar. Bu şəraitdə PKK-nın 10 il öncəki kimi “çözüm sürəcində” etdiyi oyunbazlığı təkrarlaması çətin olar. Belə bir addım atılarsa, o zaman qruplaşmanın havadarları da çətin vəziyyətə düşəcək.

PKK sovetlər dövründən qalmadır. O illərin siyasi ideologiyası və siyasi hədəflərinin icraçısı idi. Onda Türkiyəyə qarşı olanlar indi onunla əməkdaşlıq edirlər. Bu qruplaşma həm də SSRİ ilə bağlıdır. Elə Rusiyanın onun terrorçu olaraq tanımaması da təsadüfi deyil.
Yaxın Şərqdə terror qruplaşmalarının, habelə PKK-nın istifadə müddəti başa çatıb. Ümid etmək olar ki, regionda terror bitir. PKK-da daxil olmaqla belə təşkilatlar arxivə göndərilir. Deyəsən, terrorun iyrənc, yorucu olduğunu anlayırlar. Onsuz da belə silahlı qruplaşmalar alət olmaqdan başqa heç nəyə yaramırlar...(Report)
Tarix: 28-02-2025, 17:23
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
17-12-2024, 16:54
“Ozanyan” dəstəsinin anti-Türkiyə çıxışı – İrəvanın terrorçularla ortaqlığı - ŞƏRH
12-02-2025, 10:24
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
24-10-2024, 16:14
Türkiyəni regional savaşa qatmaq cəhdi – 93 ildir əməl olunan Atatürk vəsiyyəti - ANALİZ
27-11-2024, 14:47
İsrail-Livan atəşkəsi: kim nə qazanıb? - TƏHLİL
16-01-2025, 15:49
HƏMAS-İsrail atəşkəsi - beynəlxalq ictimaiyyətin uğuru - TƏHLİL
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
12-04-2024, 18:41
ASALA, PKK himayəçisi Fransanın Moskva terrorundakı izi - TƏHLİL
2-05-2024, 18:22
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
7-01-2025, 14:12
Paşinyanın arzusu “Ermənistan tarixi” – erməni cəmiyyətinin faşizmdən xilası - ŞƏRH
27-01-2025, 15:00
BMT-yə qarşı çıxan Makron – Paris Cənubi Qafqazda “yuyulmamış qaşıq” rolunda - ŞƏRH
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
8-11-2024, 12:49
Prezident xalqa müraciət etdi - Tam mətn
13-07-2024, 16:36
Ermənilərin bitməyən saxtakarlığı - Qəbul etmək istəmədikləri Qərbi Azərbaycan - TƏHLİL